Qubada su borusunun partlaması yolda hərəkəti çətinləşdirib.
Manset.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə Qubanın Küsnətqazma kəndində baş verib.
Görüntü ilə bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən cavab olaraq bildirilib ki, hadisə ötən gün baş verib.
"Ərazidən keçən yük maşını su xəttini dağıdıb. Əraziyə dərhal idarənin işçiləri cəlb olunub və qəza aradan qaldırılıb",- deyə məlumatda bildirilir.