Ərazi partiya təşkilatında hesabat-seçki iclası keçirildi - FOTO

15:49 - 4 Noyabr 2024

Ərazi partiya təşkilatında hesabat-seçki iclası keçirildi - FOTO

YAP Yasamal rayon “A.M.Şərifzadə küç.131” ünvanında yerləşən (Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Dövlət Rabitə və Nəqliyyat kolleci) ərazi partiya təşkilatında hesabat-seçki iclası keçirilib.

 

Manset.az xəbər verir ki, iclasda  YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Dövlət Rabitə və Nəqliyyat kollecinin direktor müavini Şahmurad Məmmədov, YAP Yasamal rayon təşkilatının və ərazi üzrə partiya təşkilatının əməkdaşları iştirak edib.

İclasda çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev qeyd edib ki, ulu öndər Heydər Əliyevin qurucusu olduğu və ətrafında 700 mindən çox üzvü birləşdirən Yeni Azərbaycan Partiyası Azərbaycan dövlətinin müstəqilliyinin möhkəmləndirilməsində və inkişafında mühüm rol oynayıb. Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi müdrik daxili və xarici siyasət Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan, Partiyamızın sədri cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Qeyd olunub ki, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında əldə olunan Zəfərlər və qısa zaman ərzində ərazi bütövlüyümüzün bərpası iqtisadiyyatımızın davamlı inkişafı üçün yeni imkanlar, perspektivlər açır. İşğaldan azad edilmiş torpaqlarımızda bərpa-quruculuq işləri, infrastruktur layihələrinin icrası uğurla davam etdirilir. Öz hərbi və siyasi gücünü nümayiş etdirərək tarixi Qələbə qazanan Azərbaycan şərəfli tarixinin ən yadda qalan, şanlı və qürurlu dövrlərindən birini yaşayır. Ölkəmizin ictimai-siyasi həyatında Yeni Azərbaycan Partiyası hər zaman aparıcı mövqedə olub. YAP Yasamal rayon təşkilatı da hər zaman rayonun və partiyanın ictimai-siyasi həyatında əvəzolunmaz rol oynayıb. Çıxışının sonunda B.Nəbiyev iclas iştirakçılarını Yeni Azərbaycan Partiyasının ictimai-siyasi həyatında aktiv olmağa çağırıb.

Sonra “A.M.Şərifzadə küç.131” ünvanında yerləşən (Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Dövlət Rabitə və Nəqliyyat kolleci) ərazi partiya təşkilatında təşkilati məsələlərə baxılıb və yekdilliklə ərazi partiya təşkilatının sədri vəzifəsinə Səidə Quliyeva və sədr müavini vəzifəsinə isə Könül Məmmədova seçilib. Səidə Quliyeva və Könül Məmmədova da öz növbəsində ərazi partiya təşkilatının üzvləri tərəfindən göstərilən etimada görə minnətdarlıqlarını bildirərək həmin etimada layiq olacaqlarını ifadə ediblər.



Xəbər xətti

14 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin