Azərbaycan və Rusiya hökumət başçıları arasında telefon danışığı olub

19:38 - 4 Noyabr 2024

Azərbaycan və Rusiya hökumət başçıları arasında telefon danışığı olub

Azərbaycan və Rusiyanın hökumət başçıları Əli Əsədov ilə Mixail Mişustin arasında telefon danışığı olub və onlar ikitərəfli əməkdaşlığın cari məsələlərini müzakirə ediblər.

 

Manset.az xəbər verir ki, bu barədə Rusiya Nazirlər Kabinetinin saytında məlumat verilib.

“Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin ilə Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov arasında telefon danışığı olub. Hökumət başçıları Rusiya-Azərbaycan ticari-iqtisadi, elmi-texniki əməkdaşlığının cari məsələlərini müzakirə ediblər”, - məlumatda vurğulanıb.

Qeyd edilib ki, sənaye və nəqliyyat infrastrukturu sahəsində birgə layihələrə xüsusi diqqət yetirilib.


Xəbər xətti

4 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin