"Putinin Trampı təbrik etmək fikri yoxdur" - Rusiya prezidentinin mətbuat katibi

15:47 - 6 Noyabr 2024

Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərin gündəmlə bağlı suallarını cavablandırıb.

 

Manset.az bu barədə rus mətbuatına istinadən xəbər verir.

Rusiya Prezidenti Vladimir Putinin Donald Trampı ABŞ prezident seçkilərində qalib gəlməsi münasibətilə təbrik edib-etməyəcəyi ilə bağlı suala Peskov belə cavab verib: 

"Prezidentin Trampı seçki münasibətilə təbrik etmək planı yoxdur. Unutmayaq ki, burada həm birbaşa, həm də dolayı yol ilə ölkəmizə qarşı müharibədə iştirak edən düşmən ölkə var".

Peskov bildirib ki, bundan sonra münasibətlər pisləşə bilməz, çünki hazırda tarixən ən aşağı nöqtədədir:

“Hər şeyi daha da pisləşdirmək praktiki olaraq mümkün deyil, münasibətlər tarixən ən aşağı nöqtədədir. Növbəti proseslər ABŞ-nin yeni rəhbərliyindən asılı olacaq. Biz ədalətə, bərabərliyə və konstruktiv dialoqa açığıq. Putin bunu dəfələrlə təsdiqləyib".

 


Xəbər xətti

12 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin