Qlobal biznes dünyasının ən nüfuzlu tribunalarından olan “Forbes
Middle East” jurnalı bu dəfə
diqqətini Azərbaycanın sürətlə dəyişən iqtisadi mənzərəsinə yönəldib. Bir ekosisteminin baş icraçı direktoru,
Kapital Bank-ın Müşahidə Şurasının sədri Fərid Məmmədov nüfuzlu nəşrdə dərc
olunan məqaləsində Azərbaycanın qeyri-neft sektorunun yüksəlişi və ölkənin
regional innovasiya habına çevrilməsi vizyonunu təqdim edib. Məqalə sadəcə bir
iqtisadi təhlil deyil, eyni zamanda Azərbaycanın qlobal rəqəmsal arenadakı yeni
yerinin manifesti xarakteri daşıyır.
Yazıda Fərid Məmmədov ölkə iqtisadiyyatının şaxələndirilməsi
fonunda maliyyə texnologiyalarının oynadığı həlledici rolu xüsusi vurğulayıb. O
qeyd edib ki, Azərbaycan artıq resurs əsaslı iqtisadiyyatdan, bilik və
texnologiya əsaslı yeni bir eraya keçid edir. Bu transformasiyanın
dəstəkçilərindən biri də insanların həyat tərzini kökündən dəyişən, bankçılıq
və gündəlik xidmətləri vahid çətir altında birləşdirən Qafqazın ilk tam
inteqrasiyalı rəqəmsal ekosistemi olan Bir ekosistemidir. Müəllif məqaləsində rəqəmsal
həllərin sadəcə biznes proseslərini deyil, cəmiyyətin maliyyə vərdişlərini necə
müsbətə doğru dəyişdiyini qlobal auditoriyanın diqqətinə çatdırır.
Məqalənin ən yaddaqalan məqamlarından biri Fərid Məmmədovun
gələcək vizyonu ilə bağlıdır: “Bizim hədəfimiz rəqəmsal xidmətlər təklif
etməklə yanaşı, sərhədləri aşan və qlobal bazarlara inteqrasiya edə bilən
dayanıqlı texnoloji infrastruktur qurmaqdır. Bu gün Azərbaycan regionda
rəqəmsal inkişafın əsas liderlərindən biri kimi çıxış edir və innovasiya ixrac
edən ölkəyə çevrilmək yolundadır”. Qeyd edək ki, Forbes nəşrində yer
alan bu fikirlər Azərbaycanın investisiya cəlbediciliyini və texnoloji
potensialını beynəlxalq işgüzar dairələrə çatdırmaq baxımından strateji
əhəmiyyət daşıyır.
Məqaləni
oxumaq üçün link: http://www.b-b.az/frbs
Bir ekosistem ölkənin aparıcı brendləri olan Birbank,
Birmarket, m10 və MilliÖn brendlərini bir çətir altında birləşdirir. Eyni
zamanda ekosistem Trendyol Azərbaycan və
BakıKart kimi strateji tərəfdaşlarla əməkdaşlıq edərək həm təsir dairəsini
genişləndirir, həm də müştəri təcrübəsini zənginləşdirir. Bu inteqrasiya
sayəsində müştərilər partnyor şəbəkəsində və ictimai nəqliyyatda QR
ödənişlərdən, Birmarket-də Birbank vasitəsilə kreditli alış-verişdən, Trendyol
Azərbaycan-da Birbank taksit kartları ilə ödənişlərdən, vahid bonus
proqramından və bir çox digər yenilikçi həllərdən faydalanırlar. Bütün bu
imkanlar ekosistemin dörd əsas konsepti – Vahid giriş, Vahid bonus, Vahid
ödəniş və Vahid kredit platforması üzərində qurularaq müştərilərə sürətli,
rahat, sərfəli və təhlükəsiz xidmət təqdim edir.