Bu ölkə Ukraynaya 6 F-16 qırıcısı təhvil verdi

22:17 - 19 Noyabr 2024

Bu ölkə Ukraynaya 6 F-16 qırıcısı təhvil verdi

Danimarka Ukraynaya altı F-16 qırıcısı təhvil verib və daha 13 təyyarə tədarük etməyi planlaşdırır.

 

Manset.az xəbər verir ki, bunu Danimarkanın Baş naziri Mette Frederiksen deyib.

“F-16 ilə bağlı planlarımız dəyişməyib”, - deyə o, Volodimir Zelenski ilə birgə mətbuat konfransında bildirib.

Danimarkanın Baş naziri Ukraynanın müdafiə sənayesinə 130 milyon avrodan çox yeni hərbi yardım paketinin ayrıldığını da açıqlayıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az