Almaniyaya gedən təyyarə təcili Bakıya endi - SƏBƏB

09:09 - 22 Noyabr 2024

Almaniyaya gedən təyyarə təcili Bakıya endi - SƏBƏB

“Lufthansa” aviaşirkətinin Mumbai–Münxen reysini yerinə yetirən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib.

 

Bu barədə Manset.az-a Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, buna səbəb təyyarədə olan sərnişinlərdən birinin səhhətinin qəflətən pisləşməsi olub.

Belə ki, “Airbus A350” tipli təyyarə yerli vaxtla saat 06:47-də Bakı hava limanında uğurla eniş edib. Sərnişinə hava limanında dərhal ilkin tibbi yardım göstərilib və daha sonra o, təcili tibbi yardım briqadasına təhvil verilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az