Əsgərliyə son yaş həddi 30-a endirilir
13 Dekabr 2024
15:30 - 24 Noyabr 2024
Çinin Makao şəhərində keçirilən "UFC Fight Night 248" turniri çərçivəsində "Road to UFC" şousunun final döyüşləri baş tutub.
Manset.az championat.com-a istinadən xəbər verir ki, döyüşlərin birində çinli qadınlar Min Şi və Syaoçan Fen qarşılaşıblar.
Cütlükdə sonuncusu favorit sayılsa da, Min Şi üçüncü raundun ilk dəqiqəsində rəqibinin başına güclü zərbə endirib. Fen özünü pis hiss edərək yerə yıxılıb və hakimin müdaxiləsinədək daha bir neçə zərbə alıb. Nəticədə, o xərəyə qoyularaq birbaşa xəstəxanaya aparılıb.
Maraqlıdır ki, rəqibini xəstəxanalıq edən Şinin əsl peşəsi də həkimlikdir.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin