10 manat idi, 18-ə qalxdı - Bu məhsul bahalaşdı

01:00 - 27 Noyabr 2024

10 manat idi, 18-ə qalxdı - Bu məhsul bahalaşdı

Bölgələrdə ağartı məhsullarının qiymətində bahalaşma müşahidə edildiyi haqqında məlumatlar var.

 

Manset.az xəbər verir ki, Baku TV-nin əməkdaşı məsələni aydınlaşdırmaq üçün İsmayıllı bazarında olub.

Satıcıların sözlərinə görə, qiymət artımı heyvan yemlərinin baha olması ilə əlaqədardır.

"Heyvan saxlayanların sayı azalıb. Belə olan halda vəziyyət bizim üçün də çətin olur. Məhsulu aşağı qiymətə almaq istəyirik ki, alıcıya ucuz sata bilək. Əvvəllər yağı 10 manata alıb, 12 manata satırdıq, indi isə 16-ya alıb, 18-ə satırıq", - Fatmaxanım Rüstəmova deyib.

Alıcılar da ağartı məhsullarının bahalaşmasından narazılıq bildiriblər.

"Kərə yağı nədir, bilmirəm. Bir manata olan şor indi beş manatdır", - Aybəniz Kamilova söyləyib.


Xəbər xətti

10 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin