Bakıda oğul anasını öldürdü

10:19 - 29 Noyabr 2024

Bakıda oğul anasını öldürdü

Noyabrın 28-i saat 19 radələrində Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində yerləşən evlərdən birində 46 yaşlı İlhamə Məmmədovanın ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.


Sabunçu rayon Prokurorluğundan Manset.az-a verilən xəbərə görə, araşdırmalarla 27 yaşlı Qasım Məmmədovun aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirərək ögey anası İlhamə Məmmədovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. 

Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, Qasım Məmmədov şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam etdirilir.


Xəbər xətti

14 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin