Seysmik xəritə hazırlandı: Bakının bu ərazilərində 9 ballıq təhlükə - VİDEO

10:29 - 30 Noyabr 2024

Seysmik xəritə hazırlandı: Bakının bu ərazilərində 9 ballıq təhlükə - VİDEO

Azərbaycanda ərazilərin seysmik təhlükə xəritəsi hazırlanıb.


Manset.az Xəzər Xəbərə istinadən xəbər verir ki, Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli açıqlamasında bildirib ki, sözügedən xəritə modeli artıq bir sıra inkişaf etmiş ölkələrdə istifadə olunur. Bu isə tikinti işləri zamanı xüsusən binaların təhlükəsiz ərazilərdə inşa edilməsinə şərait yaradır.

Qurban Yetirmişli bildirib ki, paytaxt ərazisində 8-9 ballıq ərazilər var. Sözügedən xəritə əsasında bu ərazilər müəyyənləşdirilib və faiz dərəcəsi ilə qiymətləndirilib.

Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru onu da əlavə edib ki, zəlzələ zamanı təhlükəli hesab olunan ərazilərlə bağlı da mütəmadi olaraq təhlillər aparılır, torpaq qatı araşdırılır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

 


Xəbər xətti

14 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin