İran və Səudiyyə Ərəbistanı arasında təxminən 9 il əvvəl dayandırılan uçuşlar Məşhəd-Dəmmam reysi ilə yenidən başlayıb.
Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.
İki ölkə arasında münasibətlər 2016-cı ildə şiə ruhani Nimr əl-Nimr də daxil olmaqla 47 nəfərin Səudiyyə Ərəbistanında “terrorçuluq” ittihamı ilə edam edilməsindən sonra kəsilmişdi.
Razılaşma çərçivəsində Demmam və Məşhəd arasında həftədə iki dəfə uçuşlar həyata keçiriləcək.