Ermənistanın Gürcüstanla sərhədindəki “Baqrataşen” nəzarət buraxılış məntəqəsində pirotexniki vasitələrin saxlandığı anbarda yanğın baş verib.
Manset.az-ın Armenia Today portalına istinadən xəbərinə görə, bu barədə Ermənistan Daxili İşlər Nazirliyindən bildirilib.
Qeyd edilib ki, yanğın nəticəsində 3 nəfər xəsarət alıb.
Yaralılar ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanaya çatdırılıb.