Fevralın 4-də Heydər Əliyev Sarayında Xalq artisti, görkəmli müğənni, bəstəkar, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlunun 80 illik yubileyinə həsr olunan “Qayıdış” adlı gecə keçirilib.
Manset.az xəbər verir ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə reallaşan konsert proqramını dövlət və hökumət rəsmiləri, millət vəkilləri, ictimaiyyət nümayəndələri, Polad Bülbüloğlu musiqisinin pərəstişkarları izləyiblər.
Əvvəlcə gecənin aparıcısı Polad Bülbüloğlunun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 3 fevral 2025-ci il tarixli Sərəncamı ilə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeninə layiq görüldüyünü bildirib, sərəncamın mətnini oxuyub.
Sonra Rusiya Prezidentinin beynəlxalq mədəni əlaqələr üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy qonşu ölkənin dövlət başçısının, Baş nazir və bir sıra hökumət üzvlərinin qocaman sənətkara yubiley təbriklərini çatdırıb.
Daha sonra konsert proqramı təqdim olunub. Xalq artisti Polad Bülbüloğlu onilliklərdir musiqisevərlərin könlünü oxşayan əsərlərini, xalq mahnımızı ifa edib.
Gecədə həmçinin Azərbaycanın Xalq artistləri – Samir Cəfərov, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktoru Yusif Eyvazov, Moskva Böyük Teatrının solistləri Yusif Eyvazov, Elçin Əzizov, Dinarə Əliyeva, Özbəkistanın və Azərbaycanın Xalq artisti Fərrux Zakirov, Əməkdar artist Nərgiz Kərimova öz ifaları ilə gecəyə rəng qatıblar.
Tanınmış pianoçular, Xalq artistləri Fərhad Bədəlbəyli və Murad Adigözəlzadənin müşayiətində müğənninin ifa etdiyi “Ave Mariya” (Dinara Əliyeva ilə duet) və “Sevgili canan” romansı xüsusi alqış doğurub.
Azərbaycan Dövlət Rəqs Ansamblının (bədii rəhbər: Xalq artisti Rüfət Xəlilzadə) ifasında təqdim olunan “Uzundərə”, “Sarı gəlin” və başqa rəqslər maraqla qarşılanıb.
Konsertdə ifaçıları Murtuza Bülbülün dirijorluğu ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri müşayiət edib.
Konsert proqramının baş baletmeysteri Əməkdar artist Eteri Cəfərova, rejissoru Cavid İmamverdiyevdir.
Yubilyar sənətkarın ifasında “Şən Azərbaycan” mahnısı ilə başlayan gecə bəstəkarın “Odlar yurdum mənim” nəğməsi ilə başa çatıb.
Tamaşaçılar Azərbaycan musiqi mədəniyyətini əbədiyaşar əsərlərlə zənginləşdirən bəstəkarın 80 illik ömür və yaradıcılıq hesabatının təqdim olunduğu gecədən unudulmaz təəssüratla ayrılıblar.
Polad Bülbüloğlunun 80 illiyinə həsr olunan təntənəli gecədən FOTOLAR
12:50 - 05 Fevral 2025


















Whatsapp kanalımıza abunə olun
Şikayətiniz və ya xəbəriniz varsa bizə göndərin Whatsapp: +99470 2177772
Digər xəbərlər

MYS-lər üzrə təqaüd müsabiqəsinə dair mətbuat konfransı keçirildi - FOTOLAR

Bakıda “Çanaqqala döyüşləri: Cəbhədən fotolarla” sərgisi açıldı - FOTOLAR

İrem Derici xəstəxanaya yerləşdirildi - FOTO

Niyaməddin Musayevdən mahnılarını ifa edən gənclərə ŞƏRT

"Boşansalar da, evimizə gəlir, onu çox istəyirik"

Füzulidə növbəti Şəhər Günü qeyd olunur - FOTOLAR

Nazirliklərin birgə işçi qrupunun növbəti görüşü keçirildi - FOTOLAR

Türkmənistan Mədəniyyəti Günləri başa çatdı - FOTOLAR

“Şükriyyə” tamaşası Gürcüstanda nümayiş olundu - FOTOLAR

Ramiz Quliyevin dəfn yeri açıqlandı

"Daha yaxşı gələcəyin vədi" – Bakıda Meksika muzeyinin sərgisi açılıb

Türkmənistanın mətbəx mədəniyyətinin təqdimatı oldu - FOTOLAR
Xəbər xətti
- 22 Oktyabr 2025
- 19:11 "Qaribaşvili qanunsuz gəlir əldə etdiyini etiraf etdi"
- 18:52 Bu istiqamətdə əlavə qatar reysləri təyin edildi
- 18:39 Bəzi ərazilərdə qaz kəsiləcək - XƏBƏRDARLIQ
- 18:24 Bakıda məşhur iş adamı həbs edildi - Milyonları büdcədən yayındırıb
- 18:12 Hazırda 13 yolda sıxlıq var - SİYAHI
- 17:55 MYS-lər üzrə təqaüd müsabiqəsinə dair mətbuat konfransı keçirildi - FOTOLAR
- 17:50 Ebru Gündəşin evliliyi bu səbəbdən bitib - İddialara cavab
- 17:45 Bakıda “Çanaqqala döyüşləri: Cəbhədən fotolarla” sərgisi açıldı - FOTOLAR
- 17:41 Diyarbəkirdə 9 yaşlı uşağı qaçırmağa çalışan şəxsdən ŞOK CAVAB
- 17:25 Müştərilərə bazarda "yaş" adı ilə suya salınmış qoz satılır? - VİDEO
- 17:17 "Səmavi dinlər" layihəsi Vatikanda təqdim edildi - FOTO
- 17:16 9 yaşlı uşağın faciəvi sonu - Toxum maşınına düşdü
- 17:14 Azərbaycanda dövlət xidmətləri üzrə xərclər azaldılır
- 17:10 Gələn ildən maaşlardan bu qədər vergi tutulacaq - Güzəştlər ləğv olundu
- 17:08 Kıvanç Tatlıtuğun bacısı HƏBS OLUNDU - SƏBƏB
- 16:59 Ərini öldürüb həyətdə basdırdı - Üstünə gül əkdi
- 16:50 Vacib oyun öncəsi "Qalatasaray"a ŞOK
- 16:50 “Qarabağ”ın gəncləri “Atletik”ə uduzdu
- 16:45 ChatGPT sayəsində 100 000 dollarlıq CEKPOT QAZANDI
- 16:30 Xəzərdə ciddi təhlükə! Su geri çəkilir, xərc artır - Azərbaycan üçün hansı risklər var?
- 16:25 Estoniyanın xarici işlər naziri Zəfər parkında - Fotolar
- 16:12 Bulvarda maraqlı anlar: Turist qadın dənizdə üzdü – VİDEO
- 15:57 "İlham Əliyev və Tokayev arasındakı görüş tarixi əhəmiyyət daşıyır" - Göydəniz Qəhrəmanov
- 15:45 4 vəkilə xəbərdarlıq edildi - 1 vəkilə töhmət verildi
- 15:38 “İşinizdən razıyam, göstərişlərimi layiqincə yerinə yetirirsiniz” - İlham Əliyev
- 15:20 Putin-Tramp sammiti ləğv olundu? - Rusiyadan CAVAB
- 15:16 Azərbaycanda tiktoker həbs edildi - FOTO
- 15:14 İzmirdə güclü partlayış - Ev uçdu, yaralılar var
- 15:10 Bu ölkə xəbərdarlıq etdi - 10 günlük tədarük yığın!
- 15:00 Bu ölkədə güclü zəlzələ oldu
- 14:52 Azərbaycanın dövlət borcu açıqlandı
- 14:45 9 min dollarlıq "Labubu" kolleksiya kuklası oğurlandı
- 14:42 Prezident Eyyubova “İstiqlal” ordenini təqdim etdi - FOTOLAR
- 14:35 Türkiyədə ağılasığmaz hadisə - Avtomobili bilərək üzərinə sürdü
- 14:33 Azərbaycanda yeni medal təsis edildi
- 14:31 Prezident Yaponiyanın yeni Baş nazirini təbrik etdi
- 14:15 2 avtobus toqquşdu, azı 63 ölü var - Dəhşətli QƏZA
- 14:15 Paytaxtda piyada ölümünün ANBAAN GÖRÜNTÜSÜ
- 14:10 "Onu axtarırıq" - Maurinyodan ETİRAF
- 13:59 Estoniya Bakıda səfirlik açacaq
- 13:48 Gənc qızın başına oyun açdılar - Qorxu evində DƏHŞƏT
- 13:42 DYP-dən sürücülərə MÜRACİƏT - VİDEO
- 13:29 Ramiz Mehdiyevin gəlini iddialarla bağlı DANIŞDI
- 13:25 Habil Nağıyev yüksək vəzifəyə getdi
- 13:01 İlham Əliyev SƏRƏNCAM imzaladı
- 12:50 Prezidentdən dabaq xəstəliyi ilə bağlı QANUN
- 12:45 Prezident Estoniya XİN rəhbərini qəbul etdi - Fotolar
- 12:38 Sabah hava necə olacaq?
- 12:35 Mədəniyyət Nazirliyi xüsusi təqaüd proqramının nəticələrini açıqladı
- 12:21 Qurban Pirimov direktor təyin edildi - FOTO
- 12:14 Bu ərazidə yaşayanların NƏZƏRİNƏ

