İtaliyada fırtına həyatı iflic etdi

16:24 - 22 Yanvar 2026

İtaliyada fırtına həyatı iflic etdi

Aralıq dənizində şiddətli "Harry" fırtınası İtaliyanın cənub bölgələrini və Maltada gündəlik həyatı mənfi təsir edib.


Manset.az xarici mediaya istinadə xəbər verir ki, həftənin əvvəlində başlayan güclü küləkli və şiddətli yağışlı "Harry" fırtınası təsirini bu gün də davam etdirir.

Gecə boyunca fırtınanın gətirdiyi böyük dalğalar, xüsusən SiciliyaKalabriya bölgələrindəki sahil kəndlərində çox sayda küçənin su altında qalmasına səbəb olub, bəzi yerlərdə yolların çöküşü və sahildəki obyektlərin zərər görməsi ilə nəticələnib.

Yerli hakimiyyət orqanları vətəndaşları "sahillərdən uzaq durmağa" çağırıb.

Siciliya adasında Katanya MessinaRagusa şəhərlərində fırtına səbəbindən bu gün də məktəblərdə tədris dayandırılıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az