Sosial mediada böyük bir səs-küyə səbəb olan dəhşətli iddia yayılıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, 12 avqust tarixində dünyanın yerçəkimini 7 saniyəlik bir müddətə itirəcəyi, milyonlarla insanın göyə uçub yerə çırpılacağı və NASA-nın bu fəlakəti qarşısını almaq üçün gizli bir layihə həyata keçirdiyi iddia olunur.
Ortaya atılan və sürətlə yayılan bu iddiaların mərkəzində, NASA-nın həyata keçirdiyi deyilən "Çapa Layihəsi" adlı gizli bir əməliyyat yer alırdı. Snopes tərəfindən araşdırılan bu şayiələrə görə, yerçəkiminin itməsi nəticəsində yaranacaq xaos və sonrasında yerçəkiminin ani şəkildə geri qayıdaraq baş verəcək düşüşlər, dünya üzrə 40 milyon insanın ölümünə səbəb olacaqdı.
NASA sözçüsü Snopes-a verdiyi açıqlamada bu viral nəzəriyyənin tamamilə əsassız olduğunu və "yalanlandığını" açıq şəkildə ifadə etdi. 12 avqust 2026-cı ildə (və ya həmin ilin hər hansı bir tarixində) yerçəkiminin itməsi kimi bir vəziyyətin mövcud olmadığı vurğulandı. Həmçinin, belə bir "Çapa Layihəsi"nin də olmadığı bildirildi.