Gəncədə piyadanın vurulması ilə nəticələn yol qəzası baş verib.
Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.
Hərəkətdə olan "VAZ-2107" markalı minik maşını yolu keçmək istəyən orta yaşlı kişini vurub.
Piyada xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.