İspaniya Ukraynaya 1 milyard avroluq yeni hərbi yardım paketinin bu il çatdırılacağına söz verib.
Manset.az-ın əldə etdiyi məlumata görə, bunu İspaniyanın baş naziri Pedro Sançes deyib.
İspaniya olaraq Ukraynanın "tam suverenliyini" dəstəklədiklərini bildirən Sançes qeyd edib ki, Ukraynanın gələcəyinə yalnız Ukrayna qərar verə bilər.
"Ədalətli və davamlı sülh lazımdır və bunun baş verməsi üçün Ukrayna danışıqlar masası arxasında olmalıdır. Davamlı sülhə yalnız Avropanın da danışıqlara qatılması ilə nail olmaq olar".