Tovuzda avtomobil traktorun qoşqusuna çırpıldı - Ölən var

23:25 - 09 Mart 2025

Tovuzda avtomobil traktorun qoşqusuna çırpıldı - Ölən var

Tovuzda rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

 

Manset.az Report-a istinadən xəbər verir ki, hadisə Tovuz rayonunun Qovlar şəhərində qeydə alınıb.

Belə ki, Tovuz rayon Aşağı Quşçu kənd sakini, 2003-cü il təvəllüdlü İlham Rüstəmovun idarə etdiyi “VAZ-2107” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarında dayanan traktorun qoşqusuna çırpılıb.

Qəza nəticəsində minik avtomobilinin sürücüsü aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az