Azərbaycanda tanınmış cərrah vəfat edib.
Manset.az xəbər verir ki, həkim Ramiz Məlikov dünyasını dəyişib.
O, 5 saylı Şəhər Klinik Xəstəxanasında çalışıb.
Qeyd edək ki, bir neçə il əvvəl ona böyrək köçürülmüşdü. R.Məlikov sabah Cəlilabad rayonunun Şatırlı kəndində dəfn olunacaq.