3 gündür itkin düşən Camalın meyiti dağda tapıldı

21:35 - 21 Mart 2025

3 gündür itkin düşən Camalın meyiti dağda tapıldı

Oğuzda üç gün əvvəl itkin düşən şəxsin asılmış meyiti tapılıb.

 

Manset.az APA-ya istinadla xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonun Muxas kəndinin inzibati ərazisində dağlıq ərazidə qeydə alınıb.

32 yaşlı Camal Maarif oğlu Əkbərovun meyiti ağacdan asılı vəziyyətdə aşkar olunub. Camal Əkbərovun üç gün əvvəl evdən çıxaraq geri qayıtmadığı bildirilir.

Faktla bağlı Oğuz Rayon Prokurorluğunda cinayət işi başlayıb, araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv