İstanbul meri Əkrəm İmamoğlunun həbsindən sonra onu müvəqqəti əvəz edəcək şəxsi müyyən etmək üçün bələdiyyə məclisi bu gün toplanıb.
Manset.az xəbər verir ki, sözügedən posta namizədlər isə CHP-nin namizədi Nuri Aslan və AKP-dən rəqibi Zeynel Abidin Okuldur.
Səsvermə gizli formada həyata keçiriləcək. Əgər ikinci turda səs çoxluğu təmin edilməsə, üçüncü tur keçiriləcək. Üçüncü və dördüncü turlarda qalib müəyyənləşməsə, püşkatma keçiriləcək.