Çilidə 5,8 maqnitudalı zəlzələ qeydə alınıb.
Manset.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzini məlumat yayıb.
Zəlzələnin episentri 227 min nəfərin yaşadığı İkike şəhərindən 85 km şimal-şərqdə, 103 km dərinlikdə yerləşib.
Hazırda xəsarət və dağıntılar barədə məlumat yoxdur.