Kür çayında balıqların kütləvi məhvi araşdırılır - FOTO

12:31 - 23 Avqust 2025

Kür çayında balıqların kütləvi məhvi araşdırılır - FOTO

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti tərəfindən həyata keçirilən nəzarət tədbirləri zamanı Kür çayının Azərbaycan Respublikasına daxil olan hissəsində balıq və digər su bioloji resurslarının məhv olması faktı aşkar edilib.


SİMDNX-dən Manset.az-a verilən məlumata görə, qeyd olunan hallarla əlaqədar olaraq, Xidmət tərəfindən ilkin araşdırmalara başlanılıb. Sözügedən ərazidən su nümunələri götürülərək analizlərin aparılması üçün Mərkəzi Laboratoriyaya təqdim edilib.

Analizlərin nəticələri əldə olunduqdan sonra ictimaiyyətə əlavə məlumat veriləcək.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az