“Xalqın son dərəcə ağır və keşməkeşli günlərində, dövlətçiliyimizin ciddi sınaqlara məruz qaldığı, ölkənin vətəndaş müharibəsinin bir addımlığında durduğu bir dövrdə Azərbaycanın taleyini düşünən bir qrup ziyalı insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə xalqın sınanmış lideri, dünya miqyaslı peşəkar siyasətçi Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdilər”.
Bu sözləri Manset.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.
O, bildirib ki, əgər 1990-cı illərin əvvəllərində Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevə müraciət edib onu yenidən hakimiyyətə dəvət etməsəydi, ölkəmiz daha böyük fəlakətlərlə üzləşə bilərdi. “Beləliklə, XX əsrin sonlarında Yeni Azərbaycan Partiyası ölkəni xilas etmək və böhrandan çıxarmaq üçün bütün mütərəqqi qüvvələrin vahid mərkəz ətrafında təşkilatlanması məqsədilə yaradıldı. Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı və dövlətçiliyi qarşısında olan misilsiz xidmətlərindən biri də məhz Yeni Azərbaycan Partiyasına rəhbərliyi ilk gündən öz əllərinə götürərək bu partiyanı qısa müddət ərzində müxalifət mövqelərindən iqtidar mövqelərinə daşıması olmuşdur.”
Millət vəkili YAP İdarə Heyətinin 2021-ci il 29 dekabr tarixli iclasında təsdiq edilmiş partiyanın yeni Proqramının effektivliyini vurğulayaraq deyib: “YAP-ın beş fəsildən ibarət olan yeni Proqramında partiyanın siyasi dəyərlər və prinsiplər sistemini xarakterizə edən 10 əsas strateji istiqamət müəyyən olunub. İlk növbədə, yeni Proqramda Heydər Əliyev siyasi-ideoloji xəttinin partiyanın alternativsiz inkişaf yolu olduğu bir daha təsdiq edilib. Həmçinin ölkənin ümumi inkişaf konsepsiyasının əsasları kimi müstəqillik, Azərbaycançılıq, dövlətçilik, qanunun aliliyi, siyasi varislik və təkamül prinsipləri qeyd olunub. Eləcə də hüquqi-demokratik cəmiyyətin qurulması istiqamətində konstruktiv əməkdaşlıq və dialoq, sosial ədalət və insan amili, multikultural cəmiyyətin və demokratik ənənələrin inkişafı mütləq prioritetlər kimi müəyyən edilib. Qeyd olunmalıdır ki, YAP-ın strateji hədəflərindən olan “Ordu quruculuğu” və “İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış” konsepsiyaları bu gün ölkəmizdə və ümumilikdə Cənubi Qafqazda formalaşmış yeni reallıqların və gedən proseslərin fonunda öz aktuallıqlarını getdikcə artırırlar. 2003-cü ildən etibarən Yeni Azərbaycan Partiyasının inkişaf kursu möhtərəm Prezidentimiz cənab İlham Əliyevin sədrliyi ilə uğurla davam etdirilir. Bunun nəticəsində, qısa müddət ərzində YAP Cənubi Qafqazın ən böyük siyasi partiyasına çevrilib. Ölkəmizin ərazi bütövlüyü bərpa olunduqdan sonra ilk dəfə, 2021-ci il martın 5-də keçirilmiş Yeni Azərbaycan Partiyasının VII qurultayı təkcə partiyamız üçün deyil, həm də bütün ölkə üçün əlamətdar və son dərəcə önəmli ictimai-siyasi hadisə oldu. Ulu Öndər Heydər Əliyev öz siyasi vəsiyyətində demişdi ki, bizim başa çatdıra bilmədiyimiz işləri davamçılarımız başa çatdıracaq. Dövlət başçımızın dediyi kimi, bu işlərin arasında ən vacibi sözsüz ki, Qarabağ probleminin həlli idi. Buna görə də Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev bu problemi bütün işlərin mərkəzinə qoydu. Azərbaycan 2020-ci ildə apardığı 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Qələbə ilə 30 illik işğala son qoydu. 2023-cü il sentyabrın 19-da ölkənin ərazi bütövlüyü və suverenliyi tam bərpa edildi. Bu gün işğaldan azad edilmiş ərazilərimizə “Böyük Qayıdış”ın, eləcə də ölkənin təhlükəsizliyinin təmin olunması məqsədilə güclü ordu quruculuğu işinin davam etdirilməsi Yeni Azərbaycan Partiyasının da fəaliyyətinin prioritet istiqamətlərindən biridir”.
“YAP Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır”
11:18 - 21 Noyabr 2025
Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun Keçid et
Digər xəbərlər
23 Noyabr 2026 - 13:00
Elçin Babayev işdən çıxarılma xəbərini Astanada alıb - DETALLAR
23 Noyabr 2026 - 11:34
Baş nazirdən əlilliyin qiymətləndirilməsi ilə bağlı DƏYİŞİKLİK
23 Noyabr 2026 - 23:43
Şəhid xanımı avtomobil qəzasında həlak oldu
23 Noyabr 2026 - 09:07
Bakıda aparıcı ad gününü dostları ilə qeyd etdi: Qayıdanda qəzada öldü - VİDEO
23 Noyabr 2026 - 15:24
" "Böyük Qayıdış" Azərbaycan tarixində mühüm intibah dövrüdür" - DEPUTAT
23 Noyabr 2026 - 13:52
Ada Süleymanova qəza zamanı avtomobili özü idarə etmirmiş - DETALLAR
23 Noyabr 2026 - 11:10
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək müsabiqəsi elan etdi
23 Noyabr 2026 - 17:12
Ada Süleymanova ilə qəzada faciəli şəkildə ölən Anar Kərimovun görüntüləri
23 Noyabr 2026 - 16:11
Ada ilə qəzada həlak olan şəxs iş adamının oğlu deyil - VİDEO
23 Noyabr 2026 - 10:37
DYP-dən blogerin sükan arxasındakı görüntülərinə münasibət - VİDEO
23 Noyabr 2026 - 10:06
Asif Əsgərov “Şöhrət” ordeni ilə təltif edildi - SƏRƏNCAM
23 Noyabr 2026 - 13:03
Əli Kərimlinin məhkəməsinə Ramiz Mehdiyev də çağırıldı - Ailəsi ilə birgə
Xəbər xətti
- 24 Noyabr 2026
- 01:30 Öskürəyi dayandırmağın 8 sadə üsulu
- 00:30 “Arsenal” onunla yeni müqavilə imzalamağa hazırlaşır
- 23 Noyabr 2026
- 23:51 Meteohəssas insanların NƏZƏRİNƏ
- 23:43 Şəhid xanımı avtomobil qəzasında həlak oldu
- 23:29 6 uşaq atası Kürdə batdı - "Dedim ki, getmə, sözümə baxmadı"
- 23:12 Nicat Ərtürkün “Anasız dünyanı neynəyirəm mən” şeirində pedaqoji-psixoloji aspektlər
- 22:52 Şəmkirdə parçalanmış meyit tapıldı
- 22:16 Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı - VİDEO
- 21:54 "Bitcoin" bu hadisədən sonra kəskin bahalaşdı
- 21:33 Rusiyalıların Avropaya girişinə tam qadağa qoyula bilər
- 21:16 Sulutəpədə ikimərtəbəli ev yanıb - VİDEO
- 20:53 "Barselona" "Sabah"la oyun üçün Bakıya gəldi
- 20:32 Qarabağ Universitetindən tələbələrin davası ilə bağlı AÇIQLAMA
- 20:17 Elmin Fərəcov yüksək vəzifəyə təyin olundu
- 19:51 Bakıda söküntü aparılan ərazidə FACİƏ - Ölən var
- 19:33 Yenidən “Nvidia”nın rəhbəri oldu
- 19:17 Rusiyada musiqi prodüseri Elmir Məhərrəmov ölü tapıldı
- 18:58 Apteklərdə oftalmoloji müayinə aparanlarla bağlı XƏBƏRDARLIQ
- 18:49 İtaliyanın XİN rəhbəri Şəhidlər xiyabanını ziyarət etdi - VİDEO
- 18:31 Bakının şəhərsalma inkişaf perspektivləri təqdim olundu - FOTOLAR
- 18:14 "Sabah"ın futbolçusu 2 oyunluq cəzalandırıldı
- 18:06 Antalyada şagirdlər arasında DAVA - Bıçaqlayıb 3-cü mərtəbədən özünü atdı
- 18:02 Ağcaqanad vasitəsilə yayılan xəstəliklərə yeni həll yolu
- 17:56 "ABŞ-nin dəniz blokadası və sanksiyalarına qarşı bütün imkanlarımızdan istifadə edəcəyik" - İran
- 17:55 Pərviz Şahbazova yeni vəzifə verildi
- 17:53 “Nvidia”nın keçmiş rəhbəri ilə bağlı yeni iddialar
- 17:48 Binə qəsəbəsində mağazalardan oğurluq edən 2 nəfər saxlanıldı
- 17:45 Almaniyada mənzildə çoxsaylı şəxsin meyiti aşkarlandı
- 17:41 10 ayda hərəkətdə olan sərnişin qatarlarına 26 dəfə daş atılıb
- 17:35 Usta işlədiyi evdən 80 min dollar oğurlayan şəxsə HÖKM OXUNDU
- 17:27 Bakıda nöqsanlar aşkarlanan restoranın fəaliyyəti məhdudlaşdırıldı
- 17:20 Sabah külək güclənəcək - XƏBƏRDARLIQ
- 17:12 Ada Süleymanova ilə qəzada faciəli şəkildə ölən Anar Kərimovun görüntüləri
- 17:05 Su təchizatının dayandırılması və bərpası üçün müraciət qaydası açıqlandı
- 16:55 Qarabağ Universitetinin tələbələri qıza görə dalaşdılar: Biri universitetdən qovuldu
- 16:50 Ukrayna Liviya sahillərində rus gəmisini vurdu
- 16:44 50 kq-dan artıq narkotik maddə ilə tutulan şəxsə ağır cəza verildi
- 16:41 Türkiyədə tramvayla avtobus toqquşdu - Yaralılar var
- 16:36 Xaçmazda toy karvanında avtoxuliqanlıq edən sürücü həbs edildi
- 16:31 “Barselona” Bakıya bu ulduzlarla gələcək
- 16:25 Azərbaycanda qızılca və suçiçəyi yayılıb? - Son vəziyyət
- 16:24 Belçikada bir günlük tətil səbəbindən həyat iflic oldu
- 16:20 Prezident Trampa təşəkkür etdi
- 16:11 Ada ilə qəzada həlak olan şəxs iş adamının oğlu deyil - VİDEO
- 16:08 Kosmosda silahlanma həyəcanı - Nüvə silahı daşıyan peyk hər an buraxıla bilər
- 16:04 Çin İpək yolunu yenidən dünyaya açır
- 15:57 Banklar kreditlərdən gələcək pulları əvvəlcədən əldə edə biləcək
- 15:48 450 məktəb bomba təhdidi ilə üz-üzə
- 15:47 İcarəyə götürdüyü maşını sökərək satan şəxs saxlanıldı
- 15:38 Su polisi brakonyerlik etməkdə şübhəli şəxsləri saxladı
- 15:38 Türkiyədə 5 mərtəbəli binada YANĞIN - Həlak olanlar var