Türkiyənin məşhur aktrisası Fatma Girik bu gün vəfat edib
Manset.az xəbər verir ki, bu barədə Şişli Bələdiyyə Sədri Muammer Keskin tvitter səhifəsindən paylaşım edib.
Məşhur aktrisa 79 yaşında İstanbulda xəstəxanada dünyasını dəyişib.
Qeyd edək ki, peşəkar aktrisa Türk filmlərinin ən sevilən simalarından biri olub və yüzlərlə filmdə rol alıb.