Yüzlərlə xarici şirkətin fəaliyyətini dayandırmaq qərarına gəldiyi Rusiya yeni böhranla üz-üzədir.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Moskva meri Sergey Sobyanin paytaxtda işlərini itirmək riski ilə üzləşən insanların sayının 200 minə çatacağını bildirərək hazırlanan yeni dəstək paketini açıqlayıb.
ABŞ və Avropanın ardıcıl sanksiyalarına baxmayaraq, müharibə qərarından əl çəkməyən Rusiya prezidenti Vladimir Putin dünən verdiyi açıqlamada "Rusiyaya qarşı sanksiyaların iflasa uğradığını əminliklə deyə bilərik. Qərbin sanksiyaları özünü vurdu" desə də, Moskvadan gələn xəbərlər çox fərqli mənzərəyə işarə edir.
Sanksiya qərarları ilə yanaşı, bir çox xarici şirkətin geri çəkilmək qərarına gəldiyi ölkədə yüz minlərlə insan işini itirmək riski ilə üzləşib.
Moskva meri Sergey Sobyanin şəhərdə işini itirənlərə 3,6 milyard rubl və ya təxminən 38 milyon avro maliyyə dəstəyi nəzərdə tutan yardım planının qəbul edildiyini açıqlayıb.