Somalidə hərbçilərə qarşı terror aktı - Ölənlər var

06:46 - 26 Aprel 2022

Somalidə hərbçilərə qarşı terror aktı - Ölənlər var

Somalinin paytaxtı Moqadişoda terror aktı törədilib.

Manset.az yerli KİV-ə istinadən xəbər verir ki, Banadir rayonunda hərbi maşın keçərkən partlayıcı qurğu işə salınıb.

İlkin məlumata görə, partlayış nəticəsində 7 nəfər həlak olub, daha 3 nəfər yaralanıb.

Sosial şəbəkələrdə yayılan görüntülərdə ərazidəki bəzi mağazalara ziyan dəydiyi əks olunub.

Partlayışa görə məsuliyyəti “Aş-Şabab” terror təşkilatı üzərinə götürüb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az