Bir neçə ölkənin rəhbəri Rusiyaya səfər edə bilər

20:42 - 01 May 2022

Bir neçə ölkənin rəhbəri Rusiyaya səfər edə bilər

“Braziliya prezidenti Jair Bolsonaro Ukraynadakı vəziyyəti həll etmək üçün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da daxil olmaqla bir sıra dövlətlərin liderlərinin Rusiyaya səfərini təşkil etməyə hazır olduğunu açıqlayıb”.

Manset.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Latın Amerikası ölkələrinə turnesindən sonra bildirib.

“Venesuela Rusiya ilə yaxşı münasibətdədir. Həm Braziliya, həm də Venesuela bildiriblər ki, müharibə dayandırılmalıdır. Braziliya prezidenti bildirib ki, prezident Ərdoğan üçün faydalı olarsa, bir sıra ölkələrin liderləri ilə Moskvaya birgə səfər təşkil edə bilər.

Bu səylərə öz töhfəmizi vermək istədiyimizi bildirdik. Biz bu məsələnin üzərində işləyəcəyik və cavab verəcəyik”, - XİN rəhbəri bildirib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az