Yeni təcrübə başlayır - Minlərlə işçi həftədə 4 gün işləyəcək

15:01 - 06 İyun 2022

Yeni təcrübə başlayır - Minlərlə işçi həftədə 4 gün işləyəcək

İngiltərədə həftədə 4 gün çalışmaq təcrübəsi başladılıb.


Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, İngiltərədə 3 mindən çox işçinin həftədə 4 gün 6 ay işləyəcəyi pilot layihə işə salınıb.

“4 Day Week Global” qeyri-kommersiya təşkilatı tərəfindən ölkədə həyata keçirilən pilot layihə çərçivəsində 70 şirkətdən 3300 işçinin iş saatları 20 faiz qısaldılacaq, maaşları dəyişdirilməyəcək.

Həftədə 4 gün davam edən sınaq çərçivəsində təcrübənin ətraf mühitə təsiri və gender bərabərliyi, həmçinin işçilərin rifahı və iş səmərəliliyi ölçüləcək.

Sınaqda iştirak edən 70 iş yeri arasında bazar, təhsil, iş yerində məsləhət, mənzil, dəriyə qulluq, tikinti, qida və rəqəmsal marketinq sahələrində xidmət göstərən şirkətlər var.

Təcrübənin nəticələrini Kembric Universiteti, Oksford Universiteti və Boston Kollecinin tədqiqatçıları qiymətləndirəcək.
 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az