ABŞ Hind-Sakit Okean Qüvvələri bölgədə Kosmik Qüvvələr Komandanlığı quracağını açıqlayıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, ABŞ-ın Hind-Sakit Okean Qüvvələri (INDOPACOM) tərəfindən yaradılacaq yeni Kosmik Qüvvələri Komandanlığı Çin və Şimali Koreyanın ballistik raket təhdidlərinə qarşı ABŞ-ın müdafiə qabiliyyətini artırmaq məqsədi daşıyır.
Bunun INDOPACOM kimi hər hansı bir döyüş komandanlığı altında qurulan ilk Kosmos Qüvvələri Komandanlığı olacağı qeyd edilir.
INDOPACOM Twitter-də yeni ABŞ Kosmik Qüvvələrinin Hind-Sakit Okean Komandanlığının sabah keçiriləcək mərasimlə təqdim ediləcəyini açıqlayıb.