"Qızıl top" Parisdə təqdim olunacaq - Futbol dünyasında tarixi an 

22:52 - 19 May 2025

\"Qızıl top\" Parisdə təqdim olunacaq - Futbol dünyasında tarixi an 

"France Football" nəşrinin versiyasına görə ilin ən yaxşı futbolçusuna verilən "Qızıl top" mükafatının təqdimetmə mərasimi sentyabrın 22-də Parisdəki "Teatr dü Şatle"də baş tutacaq.


Manset.az xəbər verir ki, bu barədə mükafatın "X" sosial şəbəkəsindəki rəsmi hesabında məlumat  paylaşılıb.

Məlumata görə, namizədlərin siyahısı avqustun 6-da açıqlanacaq.

Ötən il "Qızıl top"un qalibi ispaniyalı yarımmüdafiəçi Rodri olub. O, 2023/24 mövsümündə Avropa çempionu olub və turnirin ən yaxşı oyunçusu kimi tanınıb. Rodri, həmçinin "Mançester Siti" ilə İngiltərə çempionu olub.

Xatırladaq ki, "Qızıl top" mükafatı 1956-cı ildən etibarən təqdim olunur.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv