Naxçıvanda ticarət mərkəzindən oğurluq edən qadın saxlanıldı

11:17 - 02 Yanvar 2023

Naxçıvanda ticarət mərkəzindən oğurluq edən qadın saxlanıldı

Dekabrın 31-də Naxçıvan şəhərində ticarət mərkəzlərinin birindən qızıl-zinət əşyalarının oğurlanması ilə bağlı polisə məlumat daxil olub.

 

Bu barədə Manset.az-a DİN Mətbuat Xidmətindən məlumat verilib.

Naxçıvan Şəhər Polis İdarəsinin əməkdaşlarının keçirdiyi tədbirlərlə oğurluq əməlində şübhəli bilinən 1990-cı il təvəllüdlü, şəhər sakini Günay Hüseynova müəyyən olunaraq saxlanılıb.

Araşdırmalar davam etdirilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az