Ukrayna Silahlı Qüvvələrinin Şərq Qüvvələri Qrupunun sözçüsü Sergey Çerevatı Rusiya Müdafiə Nazirliyinin Ukraynanın Kramatorsk şəhərinə raket hücumu nəticəsində 600-dən çox ukraynalı əsgərin həlak olması ilə bağlı bəyanatını təkzib edib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Rusiya ordusunun yüksək dəqiqlikli hücumlar həyata keçirə bilmədiyini əsas gətirən Çerevatı deyib:
"Bu məlumat onların bütün HİMARS-larımızı məhv etmələri ilə bağlı məlumatlar qədər dəqiqdir. Bu, Ukrayna Silahlı Qüvvələrinin izdihamlı şəxsi heyət mərkəzlərinə, anbarlara və maddi-texniki təchizata qarşı yüksək dəqiqlikli hücum sistemləri ilə uğurlu hərəkətlərinə cavab olaraq Rusiya Federasiyası Müdafiə Nazirliyinin təşkil etdiyi məlumat əməliyyatıdır. Onların belə bir şansı yoxdur”.
Manşet.az