Avropa Şurasının baş katibi Mariya Peyçinoviç Buriç Rusiya hakimiyyətini rusiyalı müxalifət lideri Aleksey Navalnı ilə bağlı Avropa İnsan Haqları Məhkəməsinin qərarlarını yerinə yetirməyə çağırıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Buriç verdiyi açıqlamada, "Bu gün Aleksey Navalnının zəhərləyərək həyatına qəsd cəhdindən sonra Rusiyada həbs edilməsinin 2-ci ildönümüdür. O vaxtdan bəri o, həbsxanada ağır şəraitdə qalmağa davam edir. Avropa Şurası müvafiq AİHM qərarına uyğun olaraq onun təxirə salınmadan azadlığa buraxılması ilə bağlı çağırış edir. Aleksey Navalnının məruz qaldığı və onun səhhətinə ciddi təsir göstərən pis rəftar və qəddar həbs şəraiti ilə bağlı xəbərlər məni də dərindən narahat edir. Mən Rusiya hakimiyyətini təcili olaraq ona bütün lazımi tibbi yardım göstərməyə çağırıram. Hadisələri yaxından izləyəcəyəm” - deyib.
Manşet.az