Bakıda yanmış kişi cəsədi TAPILDI

22:02 - 18 Yanvar 2023

Bakıda yanmış kişi cəsədi TAPILDI

Yanvarın 18-i paytaxtın Sabunçu rayonunun Ləhiş bağları adlanan ərazisində yanmış kişi cəsədinin tapılmasına dair məlumat daxil olub.

 

Baş Prokurorluğun Mətbuat xidmətindən Manset.az-a verilən məlumata görə, cəsədin 2023-cü il yanvarın 14-də yaşadığı evdən çıxıb bir daha geri qayıtmamış 1965-ci il təvəllüdlü Bakı şəhər sakini Ə.A. olması ehtimal edilir.

İlkin araşdırma zamanı zərərçəkmiş şəxsin özünü yandırmaqla intihar etməsinə əsaslı şübhələr müəyyənləşdirilib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.


Xəbər xətti

18 İyun 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin