ABŞ-dan tankların göndərilməsi qərarından sonra Ukrayna prezidenti Volodimir Zelenski açıqlama verib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Zelenski, "Bu gün Ukrayna üçün son dərəcə yaxşı xəbərlər günüdür. Tankların koalisiyası var" - deyib.
Ölkəsində Rusiyaya qarşı müharibənin davam etdiyini xatırladan Zelenski, Ukraynanın müharibədə qələbə qazanmaq üçün daha çox silaha ehtiyacı olduğunu qeyd edib.
Manşet.az