XİN-dən terror hücumu ilə bağlı SON DƏQİQƏ AÇIQLAMASI

17:57 - 27 Yanvar 2023

XİN-dən terror hücumu ilə bağlı SON DƏQİQƏ AÇIQLAMASI

“Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilən xain terror aktını qətiyyətlə pisləyirik”.

 

Manset.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə tviterdə yazıb.

“Biz bu qanlı aktı törədənlərin aşkar edilərək ən ağır şəkildə cəzalandırılmasını tələb edirik. Şəhid olanların ailələrinə dərin hüznlə başsağlığı verir və yaralananlara şəfa diləyirik”, - o bildirib.

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. Terroru törədən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Yaralıların vəziyyəti qənaətbəxşdir.

Terroru törətmiş şəxs Azərbaycan səfirliyinin əməkdaşı tərəfindən saxlanılıb.


Xəbər xətti

11 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin