İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani ABŞ dövlət katibi Antoni Blinkenin “İranın nüvə silahı əldə etməməsi üçün hər bir variant masadadır” açıqlamasına reaksiya verib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Kənani bəyan edib ki, ABŞ İrana qarşı “təhdidedici bəyanatlar”ın doğuracağı hüquqi və beynəlxalq məsuliyyətləri bilməlidir və bu cür “təxribatçı bəyanatların” siyasi nəticələri haqqında daha çox düşünməlidir.
İranın nüvə fəaliyyətlərinin dinc xarakter daşıdığını dəfələrlə bəyan etdiyini deyən Kənani, "Beynəlxalq Atom Enerjisi Agentliyinin təkrar hesabatları bunu təsdiqləyir. İranın milli təhlükəsizlik doktrinasında nüvə silahı əldə etməyə yer yoxdur" - deyib.
O, ölkəsinin nüvə sahəsində elmi və texnoloji tərəqqisinə mane olmadığını, Nüvə Silahlarının Yayılmaması Müqaviləsinin üzvü kimi öz hüquqlarına əsaslanaraq inkişafı üçün hər cür addım atacağını qeyd edib. Həmçinin, İranın öz torpaqlarına və maraqlarına qarşı zərrə qədər təhdid və ya hücuma dözmədiyini ifadə edib.
“ABŞ hökuməti çox yaxşı bilir ki, İran təcavüzkarlara sərt və təəssüflə cavab verib”.
Manşet.az