Cəbhədə vəziyyətin çətin, lakin nəzarət altında olduğunu vurğulayan Reznikov rusların taktikasını dəyişərək onlara təzyiq göstərməyə çalışdığını bildirib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, ABŞ-ın tədarük edəcəyi uzaqmənzilli raketlərlə bağlı Reznikov deyib:
“Tərəfdaşlarımızla danışıqlarda biz həmişə silahdan Rusiya ərazisinə hücum etmək üçün deyil, yalnız bölgəmizi işğaldan azad etmək üçün istifadə etməyə sadiq olduğumuzu təsdiqləyirik. ” – deyib.
Partnyorların Ukraynaya təyyarə ayıracaqlarını da qeyd edən Reznikov, "Silah almaq baxımından hər şeyi aldıq, yalnız təyyarələr qaldı. Təyyarələr də olacaq, lakin tək sual hansılar olacağıdır" – deyə əlavə edib.
Manşet.az