Dağıntılar altından çıxarılan 1405 uşaq ailələrinə qovuşdu - Nazirlik açıqladı

22:20 - 23 Fevral 2023

Dağıntılar altından çıxarılan 1405 uşaq ailələrinə qovuşdu - Nazirlik açıqladı

Türkiyənin 10 bölgəsində baş verən zəlzələdən sonra dağıntılar altından çıxarılan 1405 kimsəsiz uşaq şəxsiyyəti təsdiq edilərək ailələrinə təhvil verilib.
 

 

Manset.az xəbər verir ki, bu barədə TÜrkiyə Ailə və Sosial Xidmətlər Nazirliyindən bildirilib.

Ailə və Sosial Xidmətlər Nazirliyindən verilən açıqlamada bildirilib ki, dağıntılar altından çıxarılan 1890 uşaq qeydiyyata alınıb. Müraciət edənlərin şəxsiyyəti yoxlanıldıqdan sonra 1405 uşaq ailələrinə təhvil verilib, 105 uşaq isə müalicə olunduqdan sonra nazirlik tərəfindən müəssisə himayəyə götürülərək müalicəsi davam etdirilir.

Nazirlikdən bildirilib ki, ümumilikdə 1784 uşağın şəxsiyyəti müəyyən edilib, 106 uşağın isə hələlik şəxsiyyəti müəyyənləşdirilməyib.

Jalə

Manşet.az


Xəbər xətti

18 İyun 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin