Putin Bryansk vilayətində silahlı hücumdan sonra Stavropol səfərini ləğv etdi - Peskov

16:30 - 02 Mart 2023

Putin Bryansk vilayətində silahlı hücumdan sonra Stavropol səfərini ləğv etdi - Peskov

Kremlin sözçüsü Dmitri Peskov Rusiya prezidenti Vladimir Putinin Bryansk vilayətində silahlı hücumdan sonra yaranmış vəziyyətə görə Stavropol bölgəsinə səfərini ləğv etdiyini bildirib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Bryanska hücumun "terror" olduğunu vurğulayan Peskov, "Hazırda terrorçuların zərərsizləşdirilməsi üçün tədbirlər görülür. Həmişə etdiyimiz kimi beynəlxalq ictimaiyyətin diqqətini bu cür terror hücumlarına yönəltməyə davam edəcəyik. Putin Kremldəki təhlükəsizlik güclərindən mütəmadi olaraq insidentlə bağlı məlumat alır. Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) direktoru Aleksandr Bortnikov, müdafiə naziri Sergey Şoyqu, Federal Milli Qvardiyanın (Rosqvardiya) direktoru Viktor Zolotov Putinə hesabat verirlər. Ukraynalı yaraqlıların hücumundan sonra Bryansk vilayətində cərəyan edən hadisələr sual altındadır” – deyib.

Manşet.az


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv