Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi - Sərəncam
19 Sentyabr 2024
21:13 - 2 Mart 2023
Türkiyə parlamentində Kahramanmaraşda baş verən zəlzələlərin nəticələrini araşdırmaq üçün komissiya yaradılıb.
Manset.az xəbər verir ki, qərar yekdilliklə qəbul edilib.
Komissiyada görüləcək tədbirlər, inteqrasiya layihələri və fəlakətlərdən sonrakı proseslə bağlı araşdırmalar aparılacaq. Növbəti fəlakətlərin qarşısının alınması üçün görüləcək tədbirlər də müzakirə olunacaq.
Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin