İlham Zəkiyev (J1) İsgəndəriyyə şəhərində keçirilən Qran Pridə qızıl medal qazanıb.
Manset.az xəbər verir ki, 90 kq-dan yuxarı çəkidə mübarizə aparan idmançı bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
***14:30
Azərbaycan paracüdoçusu İlham Zəkiyev Misirin İsgəndəriyyə şəhərində keçirilən Qran Pridə finala yüksəlib.
Manset.az xəbər verir ki, 90 kq-dan (J1) yuxarı çəki dərəcəsində çıxış edən idmançı bu raundadək bütün rəqiblərinə qalib gəlib.
Qeyd edək ki, ötən gün 73 kq-dakı (J2) Namiq Abaslı qızıl medal qazanıb.