"PKK terror təşkilatının ləğvi Türkiyə üçün tarixi zəfərdir"

16:00 - 13 May 2025

\"PKK terror təşkilatının ləğvi  Türkiyə üçün tarixi zəfərdir\"

"PKK terror təşkilatının özünü buraxması və silahları təhvil verməsi ilə bağlı qərarı Türkiyə üçün son dərəcə mühüm və tarixi bir nailiyyətdir".


Manset.az xəbər verir ki, bu barədə millət vəkili Azay Quliyev Real TV-yə açıqlamasında bildirib.

Deputat qeyd edib ki, son 40 ildə 8 minə yaxın polis və hərbçinin, 40 mindən çox mülki vətəndaşın həyatına son qoymuş, ölkəyə təqribən 1 trilyon dollar həcmində maddi zərər vurmuş PKK-nın ləğvi Türkiyənin ən böyük problemlərindən birinin aradan qaldırılması deməkdir.

Azay Quliyevin sözlərinə görə, bu qərar qardaş Türkiyənin super gücə çevrilməsi yolunda yeni fürsətlər açacaq:

“Hər il terrorla mübarizəyə sərf olunan 10–15 milyard dollarlıq vəsait artıq ölkənin iqtisadi, elmi və hərbi inkişafına, xüsusilə də cənub-şərq bölgələrinin dirçəlməsinə yönələcək. Türkiyənin beynəlxalq siyasətdə çəkisi və qlobal rolu daha da artacaq. Bu tarixi qərar Türkiyəni sözün əsl mənasında terrorsuz, daha təhlükəsiz bir ölkəyə çevirəcək. Övladlarını itirən anaların göz yaşları artıq axmayacaq. Bu, yalnız Türkiyənin deyil, Azərbaycanın da uğurudur. Çünki güclü Türkiyə – güclü Azərbaycan, güclü Azərbaycan – güclü Türkiyə deməkdir,” – deyə deputat vurğulayıb.

Azay Quliyev PKK-nın silahı yerə qoyması münasibətilə Türkiyə xalqını səmimi qəlbdən təbrik edib.

Daha ətraflı süjetdə:



Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv