Təmsilçilərimiz bu gün səhnədə: "Avroviziya -2025" - FOTO

20:16 - 13 May 2025

Təmsilçilərimiz bu gün səhnədə: \"Avroviziya -2025\" - FOTO

Bu gün, mayın 13-də Bazeldə "Avroviziya 2025" beynəlxalq mahnı müsabiqəsinin ilk yarımfinalı keçiriləcək.


Manset.az xəbər verir ki, ölkəmizi müsabiqədə təmsil edən "Mamagama" qrupu 10-cu nömrə altında səhnədə çıxış edəcək. Onlar "Run with you" mahnısını ifa edəcəklər.

Azərbaycanla birlikdə Estoniya, İslandiya, Polşa, Portuqaliya, Sloveniya, İsveç , Ukrayna, Albaniya, Belçika, Xorvatiya, Kipr, Hollandiya, Norveç, San-Marino təmsilçiləri də yarışacaqlar. Yarımfinalın nəticələrinə əsasən mükafat uğrunda mübarizəni davam etdirəcək 10 finalçı müəyyənləşəcək.

Müsabiqə yerli saatla 23:00-da başlayır.

Qeyd edək ki, yarışmanın ikinci yarımfinalı mayın 15-də, final isə 17-də keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv