Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun Baş katibi Yens Stoltenberqlə telefonla danışıb.
Manset.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, danışıq əsnasında Finlandiya və İsveçin NATO-ya üzvlük prosesi müzakirə edilib.
Danışıq zamanı Ərdoğan Finlandiyanın bu prosesdə tutduğu mövqe ilə İsveçdən fərqləndiyini bildirib.
Türkiyə Prezidenti vurğulayıb ki, İsveçlə danışıqları müsbət istiqamətdə aparmaq lazımdır.