Küveyt neft şirkəti fövqəladə vəziyyət elan etdi

15:15 - 20 Mart 2023

Küveyt neft şirkəti fövqəladə vəziyyət elan etdi

Küveytin “Kuwait Oil Company” neft şirkəti ölkənin qərbində neft sızması ilə əlaqədar fövqəladə vəziyyət elan edib.

 

Manset.az xəbər verir ki, bu barədə şirkətin “Twitter” səhifəsində məlumat verilib.

Şirkətin sözçüsü Kusay Əl-Hamerin sözlərinə görə, fövqəladə hadisə nəticəsində xəsarət alan olmayıb, qəza yerində zəhərli qazların təhlükəli konsentrasiyası da aşkar edilməyib.

Qeyd olunub ki, neft hasilatı eyni rejimdə həyata keçirilir.

“Kuwait Oil Company” şirkətinin nümayəndələri tərəfindən qəzanın aradan qaldırılması ilə bağlı işlər aparılır. 


Xəbər xətti

18 İyun 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin