“Ermənistan regionda əhalisinin 99%-i bir etno-konfessional qrupdan ibarət yeganə dövlətdir” - Nigar Arpadarai

16:58 - 23 Mart 2023

“Ermənistan regionda əhalisinin 99%-i bir etno-konfessional qrupdan ibarət yeganə dövlətdir” - Nigar Arpadarai

"Ermənistan bizim regionda əhalisinin 99 faizi bir etno-konfessional qrupdan ibarət yeganə cəmiyyət və dövlətdir".

 

Manset.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Nigar Arpadarai deyib.

O bildirib ki, Ermənistan Baş naziri Nikol Paşinyanın “Ermənistanın guya monoetnik dövlət olması və tərkibində etnik azlıqların olmaması ilə bağlı Azərbaycan Ermənistana qarşı yeni ittihamlar irəli sürür. Bu cür ifadələr Ermənistanın daxili işlərinə kobud müdaxilədir:

"Ermənistanda nəinki milli azlıqlar var, onların Milli Assambleyada mandatı var və buna Konstitusiya zəmanət verir” sözlərini xatırladıb. Deputat bildirib ki, Ermənistan nəinki monoetnik dövlət statusuna malikdir, regionda əhalisinin 99%-i bir etno-konfessional qrupdan ibarət yeganə cəmiyyət və dövlətdir. Ermənistanın bütün qonşu ölkələrinə baxın: Türkiyə, İran, Gürcüstan, Azərbaycan. Onların hamısı çoxmillətli və çoxkonfessiyalı cəmiyyətlərdir. Daha da irəli gedin: Rusiya, İraq, Qazaxıstan, Ukrayna, Türkmənistan, Əfqanıstan, Pakistan, İsrail. Dünyanın bu hissəsində monoetnos olmaq mümkün deyil. Qitənin bütün tarixi buna ziddir. Siyasi sistemindən, dinindən asılı olmayaraq heç bir dövlətdə belə vəziyyət yoxdur".

N. Arpadarainin sözlərinə görə, Ermənistan bir neçə onilliklər ərzində ardıcıl olaraq, irqçilik və ksenofobiya siyasətini apararaq, 21-ci əsrə bu biabırçı statusda qədəm qoyub: "Çoxmillətli İrəvan və Zəngəzur torpaqları irqi cəhətdən ‘təmiz’ cəmiyyət qurmaq üçün sınaq meydanına çevrilib. Erməni ekspansionizminə himayədarlıq etməyə davam edərək, bu siyasəti birbaşa və dolayı yolla dəstəkləyən xarici siyasətçilərə ayıb olsun. Ermənistan Konstitusiyasına gəlincə isə: mövcud olmayanı müdafiə etmək asandır".


Xəbər xətti

18 İyun 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin