ABŞ Konqresi Çin ilə bağlı qanun layihəsi qəbul etdi

22:11 - 28 Mart 2023

ABŞ Konqresi Çin ilə bağlı qanun layihəsi qəbul etdi

ABŞ Konqresinin Nümayəndələr Palatasında beynəlxalq təşkilatlar tərəfindən Çinin “inkişaf etməkdə olan ölkə” kateqoriyasından çıxarılmasını nəzərdə tutan qanun layihəsi qəbul edilib.

 

Manset.az Trthaber-ə istinadən xəbər verir ki, Nümayəndələr Palatasında qanunvericilər Çinin "inkişaf etməkdə olan ölkə" kimi təsnifləşdirilməsinə son qoymağı hədəfləyən qanun layihəsinə səs veriblər.

Hər iki partiyanın dəstəyini alan qanun layihəsi yekdilliklə qəbul edilib.

Qanun layihəsi Çinin “inkişaf etməkdə olan ölkə” statusu sayəsində əldə etdiyi güzəştli rejim və yardımın qarşısının alınmasını və “inkişaf etməkdə olan” ölkədən “yuxarı orta gəlirli” və ya “inkişaf etmiş ölkə” kateqoriyasına keçirilməsini nəzərdə tutur.

Qeyd edək ki, ABŞ qanunvericiləri Çinin dünya iqtisadiyyatındakı yerinə işarə edərək, bu hüquqlardan istifadə etməsinə qarşı çıxırlar və

“Çin inkişaf etməkdə olan ölkə deyil” başlıqlı qanun layihəsi ABŞ dövlət katibini Çinin “inkişaf etməkdə olan ölkə” kimi təsnif edilməsinin qarşısını almaq üçün addımlar atmağa çağırır.

Jalə

Manşet.az


Xəbər xətti

19 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin